Türkiyə Burkina Fasodakı hadisəni qınadı

Türkiyə Xarici İşlər Nazirliyindən edilən yazılı şərhdə bildirilir...

1652452
Türkiyə Burkina Fasodakı hadisəni qınadı

 

  Türkiyə Burkina Fasoda 100-dən çox adamın həyatını itirdiyi terror hücumunu qınadı.

  Türkiyə Xarici İşlər Nazirliyindən edilən yazılı şərhdə bildirilir: “Burkina Fasonun Yaxa vilayətindəki Solhan kəndində naməlum silahlılar tərəfindən iyunun 5-ində törədilən hücumlar nəticəsində 100-dən çox adamın həyatını itirməsilə bağlı dərin kədər duyuruq. Mənfur hücumu kəskin şəkildə qınayırıq. Hücumda həyatını itirənlərin ailələri ilə dost və qardaş Burkina Faso xalqı və hökumətinə ürəkdən başsağlığı veririk."

  Xatırladaq ki, Burkina Fasonun şimal-şərqindəki Solhan kəndinə silahlı qruplaşma tərəfindən edilən hücum nəticəsində ölənlərin sayı 138-ə çatıb. Ölənlər arasında yeddi uşaq var.

  Burkina Faso hökuməti ölkədə üç günlük matəm elan edib.



Әlaqәli Xәbәrlәr