İnterpolun Baş Assambleyası yığıncağı İstanbulda keçiriləcək

Türkiyə Beynəlxalq Cinayət Polis İdarəsinin (İnterpol) Baş Assambleyası iclasına ev sahibliyi edəcək.

1651001
İnterpolun Baş Assambleyası yığıncağı İstanbulda keçiriləcək

Xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran bu barədə məlumat yayıb. Qeyd edib ki, Türkiyə İnterpolun bu il keçiriləcək 89-cu Baş Assambleya yığıncağına ev sahibliyi edərək, təşkilatla münasibətlərini konstruktiv anlayışla davam etdirmək əzmində olduğunu daha bir dəfə təsdiqləyəcək.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici İşlər Komitəsinin dünənki (02 İyun) iclasında, Türkiyə ilə Beynəlxalq Cinayət Polis İdarəsi (İnterpol) arasında 2021-ci ildə İstanbulda təşkil ediləcək 89-cu Baş Assambleya yığıncağı və İcraiyyə Komitəsinin iclaslarında Güzəştlər və imtiyazlara dair razılaşmanın təsdiq edilməsi məqsədəuyğun hesab edilib.

Xarici İşlər Nazirinin müavini Kıran, komissiyada millət vəkillərinə məlumat verərək, Türkiyənin 194 üzvü olan İnterpolun qurucu üzvlərindən biri olduğuna diqqət çəkib və bütün ölkələrdən yüksək səviyyəli polis nümayəndələrinin qatıldığı Baş Məclisin ən yüksək səviyyəli  səlahiyyətli  orqan olduğunu  vurğulayıb. İldə bir dəfə təşkil olunan Baş Məclisin iclaslarının beynəlxalq cinayətlərə qarşı təsirli mübarizə üçün  həyata keçiriləsi tədbirlərin müzakirəsinə, problemlərin həllinə, yeni metod və texnikaların qiymətləndirilməsinə  zəmin  yaratdığını  ifadə edən  Kıran, Türkiyənin  daha əvvəl də  iki dəfə  Baş Assambleya yığıncağına  ev sahibliyi etdiyini xatırladıb.

 



Әlaqәli Xәbәrlәr