Türkiyənin naziri ölkənin NATO-ya qatqılarını sadaladı

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə...

1650049
Türkiyənin naziri ölkənin NATO-ya qatqılarını sadaladı

 

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO Müdafiə Nazirləri Toplantısında Türkiyənin NATO-ya töhfələrini xatırlatdı, NATO və Avropanın cənubunda, başda DEAŞ, PKK/YPG olmaqla, terrorla mübarizəyə davam etdiyini vurğuladı.

  Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, NATO Müdafiə Nazirləri Toplantısı müttəfiq 30 ölkənin müdafiə nazirlərinin iştirakı ilə video-konfrans yoluyla tək iclas şəklində keçirilib.

  14 iyunda olacaq NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısına hazırlıq məqsədi daşıyan yığıncaqda NATO-nun 2030-cu ilə qədərki Əfqanıstan prosesləri müzakirə olunub.

  Toplantıda iştirak edən Türkiyənin milli müdafiə naziri Hulusi Akar tərəfindən ölkənin NATO-ya töhfələri xatırlanıb, NATO və Avropanın cənubunda, başda DEAŞ, PKK/YPG olmaqla, terrorla mübarizəyə davam edildiyi vurğulanıb, il boyu böhran vəziyyətində olan NATO-nun hazır qüvvə (VJTF) məsuliyyətinin Türkiyədə olduğunu qeyd edib, Türkiyənin hər zaman “Teadfast Defender-21 NATO” manevrində üzərinə düşəni müvəffəqiyyətlə yerinə yetirdiyini söyləyib, mövcud qatqılara əlavə olaraq kiber imkan və qabiliyyətlərlə Hava Polisliyi və regional təhlükəsizlik uçuşlarına quru, dəniz və hava bazaları ilə dəstək verdiyini diqqətə çatdırıb.

  H.Akar onu da bildirib ki, Əfqanıstanda NATO və müttəfiqlərinin fərdi dəstəyi davam etməlidir, əks halda ölkədə qazanılanlar da itə bilər.  Türkiyə barış müddətinin uğurla icra edilməsi üçün üzərinə düşən məsuliyyətləri yerinə yetirməyə davam edəcək.



Әlaqәli Xәbәrlәr