Xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanda görüşlər keçirir

Xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana reallaşdırdığı iki günlük səfəri çərçivəsində paytaxt Afinada həmkarı Nikos Dendias ilə görüşüb.

1648842
Xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanda görüşlər keçirir

Yunanıstana səfəri çərçivəsində təmaslarına dünən Qərbi Trakya Türklərini ziyarət edərək başlayan Xarici işlər naziri Çavuşoğlunun bu gün Afinada Yunan həmkarı ilə keçirdiyi görüşdə Türkiyə-Yunanıstan münasibətləri, Şərqi Aralıq dənizi və Egey dənizində cərəyan edən proseslər başda olmaqla bir sıra  mövzu müzakirə edilib. Yunanıstanın immiqrantlara münasibəti təhlil edilib. Çavuşoğlu Yunanıstan ziyarətindən əvvəl verdiyi açıqlamada “Afinaya müsbət gündəmlə gedirik. Bu ölkənin Xarici işlər nazirini ölkəmizdə səmimi qarşılamışdıq, qarşı tərəfdən də eynisini sərgiləməsini gözləyirik” deyib.



Әlaqәli Xәbәrlәr