"Türkiyə ikitərəfli münasibətləri ilkin şərt irəli sürmədən inkişaf etdirməyə hazırdır", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu yunanıstanlı həmkarı Nikos Dendias ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında iştirak edib.

1648932
"Türkiyə ikitərəfli münasibətləri ilkin şərt irəli sürmədən inkişaf etdirməyə hazırdır", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu yunanıstanlı həmkarı Nikos Dendias ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında iştirak edib. 

Çavuşoğlu "(Yunanıstan tərəfi ilə) İndi konkret layihələr barəsində fəaliyyət və əməkdaşlığın diqqət mərkəzində saxlanıldığı addımlar atmağa başladıq. 25 maddədə fikir birliyimiz var. Bu gün əldə etdiyimiz razılaşma turizm sektorumuza qarşılıqlı olaraq müsbət qatqı təmin edəcək" deyib.

Xarici işlər naziri Çavuşoğlu "Türkiyə olaraq Yunanıstanla ikitərəfli münasibətlərimizi ilkin şərt irəli sürmədən inkişaf etdirmək üçün dialoq və danışıqlara hazırıq" deyə bildirib.

Çavuşoğlu iki ölkənin turizm sahəsində əməkdaşlıq üçün peyvənd sertifikalarının tanınması mövzusunda da razılaşdıqlarını vurğulayıb.

Çavuşoğlu ilə görüşləri zamanı yalnız ikitərəfli münasibətləri deyil, Avropa İttifaqı (Aİ) ilə Türkiyə arasındakı münasibətləri də qiymətləndirmə fürsəti əldə etdiklərini qeyd edən Dendias da öz növbəsində bu görüşün məqsədinin "ilk razılaşma prosesinə başlamaq" olduğunu bildirib.

Dendias "İqtisadi əməkdaşlıq proqramı siyahısı barədə razılaşdıq. "Covid-19" əleyhinə peyvənd sertifikatlarının qarşılıqlı tanınması barədə razılığa gəldik. Peyvənd olunmuş və ya test nəticələri mənfi olan vətəndaşlar hər iki ölkəyə qarşılıqlı səfər edə biləcəklər. Bu durum iki ölkə arasındakı turizm fəaliyyətlərini sürətləndirəcək" deyib.
Dendias çıxışını yekunlaşdırarkən nazir Çavuşoğlunu Basketbol üzrə "Anadolu Efes" komandasının THY Avropa Liqası Dördlü Finalında İspaniyanın Barcelona komandasını 86-81 məğlub etməsinə görə təbrik edib.



Әlaqәli Xәbәrlәr