Rәcәb Tayyib Әrdoğan: ‘‘İslamofobiya xәstәliyi sürәtlә yayılır’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bildirib ki, İslamofobiya xәstәliyi Qәrb başda olmaqla dünyanın çox sayda yerindә xәrçәng hüceyrәsi kimi sürәtlә  yayılır.

1645457
Rәcәb Tayyib Әrdoğan: ‘‘İslamofobiya xәstәliyi sürәtlә yayılır’’

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bildirib ki, İslamofobiya xәstәliyi Qәrb başda olmaqla dünyanın çox sayda yerindә xәrçәng hüceyrәsi kimi sürәtlә  yayılır.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan I Beynәlxalq Media vә İslamofobiya Simpoziumunda çıxış edib.

Rәcәb Tayyib Әrdoğan Amerika rәhbәrliyinin sentyabrın 11-dә törәdilәn hücumdan sonra başlatdığı ‘‘müsәlmanları şeytanlaşdırmaq’’ strategiyasının İslamofobiya virusunu alovlandırdığını söylәyib.

"Dünənə qədər  marginal hesab edilәn bəzi irqçi cərəyanların hazırda  siyasətin  mərkəzinә  yerləşməsi  Qərbin batdığı bataqlıqdan qurtulmaq əvəzinə daha çox batmağa üstünlük verdiyini  göstәrir'',-deyә Türkiyә prezidenti vurğulayıb.

Әrdoğan bәşәriyyәtin tәhlükәsizliyi üçün hәyati әhәmiyyәtә malik  ''İslamofobiyanın qarşısının alınması'' ilə bağlı  mexanizmin yaradılmasının әhәmiyyәtini qeyd edib..

‘‘İslamofobiya tәhlükәsinә mәruz qalan  bütün cәmiyyәtlәr vә ölkәlәr bir araya gәlәrәk beynәlxalq arenada güclü әlaqә yaratmalıdırlar. İslam dünyası öz arasında birliyi tәmin etdiyindә İslamofobiyaya qarşı aparılacaq mübarizәnin qısa müddәt әrzindә nәticәlәnmәsi mümkündür’’,-deyə Rәcәb Tayyib Әrdoğan söylәyib.

 



Әlaqәli Xәbәrlәr