Ərdoğanın dəvətilə Polşa prezidenti Türkiyəyə gəldi

Polşa prezidentinin Türkiyə görüşləri çərçivəsində ikitərəfli bir sıra müqavilələrin imzalanması da nəzərdə tutulub

1644265
Ərdoğanın dəvətilə Polşa prezidenti Türkiyəyə gəldi

 

  Polşa prezidenti Ancey Duda Türkiyəyə rəsmi səfərə gəldi.

  Ancey Dudanı paytaxt Ankaranın Esenboğa Hava Limanında ölkənin ticarət naziri Mehmet Muş qarşıladı.

  Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğanın dəvətilə ölkəyə gələn Polşa prezidenti ilə iki ölkə arasındakı əməkdaşlığın inkişaf perspektivləri üçün atıla biləcək addımlar müzakirə olunacaq.

  Görüşlərdə aktual, regional və beynəlxalq proseslərlə bağlı fikir mübadiləsi aparılacaq.

  Polşa prezidentinin Türkiyə görüşləri çərçivəsində ikitərəfli bir sıra müqavilələrin imzalanması da nəzərdə tutulub.



Әlaqәli Xәbәrlәr