Maritsa çayında qapalı qalan miqrantlar xilas edildi

Türk ordusu, Yunanıstan tərəfindən açlığa məhkum edilən sığınmacılara yardım əlini uzadıb.

1644645
Maritsa çayında qapalı qalan miqrantlar xilas edildi

Milli Müdafiə Nazirliyi, Yunanıstanın çox sayda miqrantı qanunsuz olaraq Türkiyəyə deportasiya etdiyini bildirib.

Nazirliyin açıqlamasında qeyd edilib ki, Yunanıstana sığınmağa çalışan nizamsız miqrantlar əşyaları əllərindən alındıqdan sonra Türkiyəyə qayıtmağa məcbur ediliblər. Yunanıstanın təzyiqi qarşısında Türkiyəyə qayıdarkən Maritsa çayında qapalı qalan 81 nizamsız miqrant Türk əsgərləri tərəfindən xilas edilib.

 



Әlaqәli Xәbәrlәr