Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (22 may)

Gündəlik yoluxma sayı 8697-dir

1643871
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (22 may)

 

  Türkiyədə yeni tip korona virusundan (Covid-19) mayın 22-də 207 nəfər dünyasını dəyişib. Bununla epidemiya başlanandan bu yana həyatını itirənlərin sayı 45.071 olub.

  Bir gündə 216 min 658 test edilərək 835 yeni xəstə müəyyən edilib. Gündəlik yoluxma sayı 8697-dir.

  Müalicəsi tamamlanan 14.472 nəfərlə yaxşılaşanların sayı 5 milyon 13 min 111-ə yüksəlib. 

  Bu arada Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca sosial media hesabından edilən peyvənd müqavilələri ilə əlaqədar məlumat verib: “Koronavirusa qarşı inkişaf etdirilən 100 milyon doza “Sinovac”, 120 milyon doza “BionTech” və 50 milyon doza “Sputnik2 peyvəndləri üçün müqavilə bağlanılıb. 270 milyon doza əhalimizin 3 qatından çox peyvənd deməkdir. Bu gücə güvənin. Vətəndaşlar peyvənd olarsa, bu yay epidemiyanın dağıdıcı təsiri sona çata bilər.”  



Әlaqәli Xәbәrlәr