"Rusiya peyvəndi və ikitərəfli uçuşlarla əlaqədar razılığa gəldik", İ.Kalın

Rəsmi səfərə getdiyi Rusiyanın paytaxtı Moskvada görüşlərdən sonra Vnukovo aeroportunda şərhlər verən İ.Kalın deyib...

1641054
"Rusiya peyvəndi və ikitərəfli uçuşlarla əlaqədar razılığa gəldik", İ.Kalın

 

  Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Rusiya peyvəndinin Türkiyədə istehsalı və ikitərəfli uçuşların başlaması ilə əlaqədar atılacaq addımlarla bağlı razılığa gəlindiyini bildirərək bu mövzuda yaxınlarda bir təqvimin açıqlanacağını söylədi.

  Rəsmi səfərə getdiyi Rusiyanın paytaxtı Moskvada görüşlərdən sonra Vnukovo aeroportunda şərhlər verən İ.Kalın deyib: “Türkiyənin Rusiya ilə çoxtərəfli əlaqə şəbəkəsi var. Ticarətdən turizmə, enerji əməkdaşlığından Qarabağ, Liviya və Suriyaya qədər müxtəlif mövzulardan danışdıq.

  Ən qısa zamanda həm Rusiya peyvəndinin Türkiyədə istehsalı, həm turizm mövsümü ilə əlaqədar uçuşların başlanması üçün atılacaq addımlar, həm də müddətin sürətləndirilməsi məslələrində razılığa gəldik."

  İbrahim Kalın görüşlərdə İsrailin Fələstinə qarşı hücumlarını da gündəmə gətirdiklərini belə vurğulayıb: "Türkiyə və Rusiya bu mövzuda birlikdə hərəkət etməli və qırğınlara son qoyulması üçün ortaq addımlar atmalıdır. Buna görə də regional barış və dincliyin təmin olunması üçün Rusiya Federasiyası ilə yaxın əməkdaşlığımızı davam etdirəcəyik."



Әlaqәli Xәbәrlәr