Ərdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə xalqı təbrik etdi

19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə xalqı təbrik edən Ərdoğan deyib...

1641728
Ərdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə xalqı təbrik etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə böyüdükcə, gücləndikcə, regional və qlobal liderlik yolunda irəlilədikcə gənclərə daha çox fürsətlər verməyə davam edəcəklərini vurğuladı.

  19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə xalqı təbrik edən Ərdoğan deyib: “19 May 1919-cu il Qazi Mustafa Kamalın türk millətinin müstəqillik inancından aldığı güclə milli mübarizəni başladığı tarixi bir gündür.

  İmperialist, müstəmləkəçi işğal qüvvələrinə qarşı verdiyimiz mübarizədə millətimiz sarsılmaz bir iradə ilə birlik və bərabərlik içində yenidən ayağa qalxmaq üçün önə atıldı.

  Türk xalqı istiqlal mübarizəsi boyu heç bir millətə nəsib olmayan əzm və cəsarətlə sinəsini düşmənə sipər edərək vətənini, bayrağını müdafiə etdi və dastanlıq bir zəfər qazandı.  

   Gənclərimiz də milli mübarizədən bu günə qədər hər dövrdə göstərdikləri qəhrəmanlıq və səylə ölkənin ümidi olduqlarını ortaya qoyublar.

  Bu gün biz də insanı insan edən elm və mədəniyyətimizdən aldığımız güc və gənclərimizin enerjisi ilə şanlı zəfərlərimizi taclandırmaq, ölkəmizi 2023 və gələcək hədəflərinə çatdırmaq üçün var-gücümüzlə çalışırıq.

  İnanıram ki, gənclərimiz amal və dəyərlərimizə sahib çıxaraq götürdükləri bayrağı daha çox qabağa aparacaq, milli və beynəlxalq arenalardakı müvəffəqiyyətləriylə ölkəmizi güclü şəkildə təmsil edəcəklər.

  Bütün sahələrdə öz strategiyasını milli və yerli imkanları ilə meydanda və müstəvidə tətbiq edən, məqsədlərinə əmin addımlarla irəliləyən bir ölkə olaraq gənclərimizin bu müddətdəki töhfələri və uğurlarından qürur duyur, onlara hər zaman güvənirik.

  Gənclərimizdən onlar üçün qurduğumuz işıqlı Türkiyədə təhsildən məşğulluğa, sənətdən idmana bütün sahələrdə verdiyimiz imkan və dəstəkləri ən yaxşı şəkildə qiymətləndirmələrini gözləyirik.

  Türkiyə böyüdükcə, gücləndikcə, regional və qlobal liderlik yolunda irəlilədikcə gənclərimizə daha çox fürsətlər verməyə davam edəcəyik. Bütün gənclərimizin yalnız öz xalqımız deyil, dünyanın dörd bir tərəfindəki məzlumların ölkəmizə etdiyi etibar və bəslədikləri ümidin məsuliyyətiylə səy göstərəcəklərinə inanıram. Bu düşüncələrlə 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramını bir daha təbrik edir, başda Qazi Mustafa Kamal olmaqla Qurtuluş Mühabirəsinin bütün qəhrəmanlarını hörmətlə yad edirəm."



Әlaqәli Xәbәrlәr