Mövlud Çavuşoğlu bir sıra ölkәnin XİN rәhbәri ilә telefon әlaqәsi saxlayıb

Mövlud Çavuşoğlu həmkarları ilə Fələstindəki son prosesləri müzakirə edib.

1640358
Mövlud Çavuşoğlu bir sıra ölkәnin XİN rәhbәri ilә telefon әlaqәsi saxlayıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstin məsələsi ilə bağlı bir sıra ölkənin xarici işlər naziri ilə telefon əlaqəsi saxlayıb. 

Diplomatik mənbələrin yaydığı məlumata görə, Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının  İcra Komitəsinin bazar günü onlayn qaydada  baş tutan iclasından sonra Qətər xarici işlər naziri Məhəmməd bin Abdurrəhman Əl Sani, Fələstin xarici işlər naziri Riyad əl-Maliki və Pakistan xarici işlər naziri Şax Mahmud Kureyşi ilə ayrı-ayrılıqda telefon əlaqəsi saxlayıb. 

Görüşlərdə Fələstindəki son proseslər və bu mövzuda beynəlxalq arenada atılacaq addımlar müzakirə olunub. 

Qeyd edək ki, İsrailin mayın 10-dan etibarən davam etdirdiyi hava hücumları nəticəsində indiyədək 58-i uşaq, 34-ü də qadın olmaqla 192 nəfər həyatını itirib, mindən çox adam da yaralanıb. Hücumlar zamanı onlarla tikili də dağılıb. 

 



Әlaqәli Xәbәrlәr