Mövlud Çavuşoğlu: "Ümmət bizdən liderlik gözləyir"

Xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında iştirak edib.

1640168
Mövlud Çavuşoğlu: "Ümmət bizdən liderlik gözləyir"

"Fələstində birlik və qətiyyətimizi göstərməyin vaxtı gəldi. Ümmət bizdən liderlik gözləyir. Türkiyə vacib olan hər addımı atmağa hazırdır".

Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında keçirilən və İsrailin fələstinlilərə qarşı hücumlarının müzakirə olunduğu fövqəladə iclasında Türkiyəni təmsil edən xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M. Çavuşoğlu "Fələstinlilər üçün beynəlxalq bir qorunma mexanizmi yaradılmalıdır. Fələstində birlik və qətiyyətimizi göstərməyin vaxtı gəlmişdir. Ümmət bizdən liderlik gözləyir. Türkiyə tələb olunan hər addımı atmağa hazırdır" deyib.

İsrailin Qəzza zolağına etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 181-ə yçıxıb, onlardan 52-si uşaq olub.



Әlaqәli Xәbәrlәr