THY Böyük Britaniyaya uçuşları müvəqqəti dayandırıb

“Türk Hava Yolları” (THY) şirkəti Böyük Britaniyaya uçuşları müvəqqəti dayandırıb.

1639798
THY Böyük Britaniyaya uçuşları müvəqqəti dayandırıb

“Türk Hava Yolları” (THY) şirkəti Böyük Britaniyaya uçuşları müvəqqəti dayandırıb.

THY-nin internet saytında yer alan məlumata görə, buna səbəb Böyük Britaniya hökumətinin yeni növ koronavirusa yoluxma riski ilə bağlı bəzi xarici ölkələrlə gediş-gəlişə dair məhdudiyyət qərarıdır. Bir müddət THY-nin Böyük Britaniya istiqamətinə yalnız yük təyyarələri uçuş edəcəkdir. Sərnişin təyyarələrinin uçuşunun bərpası Britaniya tərəfindən asılıdır.

Məlumatda Birləşmiş Krallıqdan Türkiyəyə və Türkiyə üzərindən tranzit olaraq digər ölkələrə reallaşdırılacaq uçuşlarda isə hər hansı məhdudiyyətin olmadığı , qərarla bağlı aktual məlumatların THY-nin veb saytı və sosial media hesabları vasitəsilə yayılacağı qeyd edilib.



Әlaqәli Xәbәrlәr