Prezident Ərdoğan Qırğızıstan və Əfqanıstan prezidentləri ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğanla qırğızıstanlı həmkarı Sadır Japarov arasında telefon danışığı olub.

1639055
Prezident Ərdoğan Qırğızıstan və Əfqanıstan prezidentləri ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğanla qırğızıstanlı həmkarı Sadır Japarov arasında telefon danışığı olub.

İki ölkənin dövlət başçıları bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər.

İkitərəfli əlaqələri və regional inkişafı qiymətləndirən  dövlət başçısı Ərdoğan Qəzza və Əl-Əqsaya hücum edən İsrailə lazımi dərs vermək üçün Qırğızıstanı beynəlxalq təşəbbüslərində yanlarında görmək istədiklərini bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan eyni zamanda Əfqanıstan prezidenti Əşrəf Qani ilə də telefonla danışıb. Telefon danışığı zamanı Fələstindəki durum müzakirə olunub. Ərdoğan bu məsələdə Əfqanıstanla birlikdə hərəkət etməyin vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr