Prezident Rəcəb Tayyib Ərdoğan İslam dünyasının bayramını təbrik edib

Prezident Rəcəb Tayyib Ərdoğan, Ramazan Bayramı münasibətilə yayımladığı video mesajında ​​İslam dünyası və Türk millətinin müqəddəs Ramazan Bayramını təbrik edib.

1638341
Prezident Rəcəb Tayyib Ərdoğan İslam dünyasının bayramını təbrik edib

Prezident Ərdoğan mesajında: “İnşallah bayram tətilindən sonra (17 May) yeni koronavirus (Kovid-19) epidemiyasını nəzarət altına almış olaraq normallaşma addımlarını atmağa başlayacayıq. Epidemiya təhlükəsinə qarşı peyvənd başda olmaqla lazımi metodlardan istifadə etməkdə davam edəcəyik. Bunun çətin, lakin ümidvarlıq bəxş edən sınaq olduğunun idrakında olaraq addımlar atırıq”.

Bölgəmizdə demək olar ki, hər hadisənin arxasında Türkiyəni qazancından məhrum etmək, hədəflərindən uzaqlaşdırmaq planlarının olduğunu ifadə edən prezident: “Ölkəmizə kinlərini qusanlarla onların könüllü aktyorlarını millətimizin müdrikliyinə tapşırırıq. Bu məqsədlə epidemiyadan bir fürsət kimi istifadə etməyə çalışanlara belə imkan verməyəcəyik”- deyə Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr