Rәcәb Tayyib Әrdoğan vә Vladimir Putin Fәlәstindәki vәziyyәti müzakirә ediblәr

Bu barәdә Türkiyә Prezident Administrasiyasının Kommunikasiya İdarәsindәn verilәn mәlumatda bildirilib.

1638431
Rәcәb Tayyib Әrdoğan vә Vladimir Putin Fәlәstindәki vәziyyәti müzakirә ediblәr

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vә Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barәdә Türkiyә Prezident Administrasiyasının Kommunikasiya İdarәsindәn verilәn mәlumatda bildirilib.

Telefon danışığı zamanı tәrәflәr  Fələstindəki vəziyyəti vә ‘‘Sputnik V’’ peyvәndinin Türkiyәyә tәdarükünü müzakirə ediblər.

Rәcәb Tayyib Ərdoğan telefon danışığı zamanı BMT Təhlükəsizlik Şurasının Fələstindəki böhran daha da böyümədən məsələyə müdaxilə etməsinin vacibliyini vurğulayıb.

Әrdoğan  söhbәt zamanı hәmçinin Türkiyәnin İsrailin Qüds,Qәzza, Әqsa mәscidi vә fәlәstinlilәrә etdiyi hücumlara reaksiya göstәrdiyini, beynәlxalq ictimaiyyәtin İsrailә lazımi dәrsi vermәsinin әhәmiyyәtini qeyd edib.

Rusiya prezidenti Vladimir Putin dә öz növbәsindә Türkiyә xalqını Ramazan bayramı münasibәtilә tәbrik edib.

 

 



Әlaqәli Xәbәrlәr