Rәcәb Tayyib Әrdoğan  Avropa Günü münasibәtilә bәyanat yayıb

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Ölkәmizin töhfәsi olmadan Avropa İttifaqının mövcudluğunu güclü şәkildә davam etdirә bilmәyәcәyi aydındır’’.

1636836
Rәcәb Tayyib Әrdoğan  Avropa Günü münasibәtilә bәyanat yayıb

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Ölkәmizin töhfәsi olmadan Avropa İttifaqının mövcudluğunu güclü şәkildә davam etdirә bilmәyәcәyi aydındır’’.

Rәcәb Tayyib Әrdoğan 9 May Avropa Günü münasibәtilә bәyanat yayıb.

Әrdoğan Avropa İttifaqının son dövrdә qaçqın böhranı, islamofobiya, ksenofobiya, maliyyә problemlәri, İngiltәrәnin Aİ-nın tәrkibindәn çıxması vә yeni növ koronavirus kimi çox sayda problemlә üz-üzә olduğunu vurğulayıb.

‘‘Avropa İttifaqının qlobal aktyor almasının qarşısındakı әn böyük maneә strateji sәbirdir. Avropa İttifaqının başda qərar qəbul etmə mexanizmlərinin nəzərdən keçirilməsi olmaqla  yeni bir institusional quruluşa, yeni bir baxışa ehtiyacı var’’,-deyә Rәcәb Tayyib Әrdoğan vurğulayıb.

Tarixi, coğrafi və bəşəri cəhətdən Avropanın bir parçası olan Türkiyənin Avropa ittifaqının üzlәşdiyi problemlərin aradan qaldırılması üçün üzәrinә düşəni etməyə hazır olduğunu ifadә edәn Türkiyә prezidenti bildirib ki, aydındır ki, ölkәmizin töhfәsi vә dәstәyi olmadan Avropa İttifaqı mövcudluğunu güclü şәkildә davam etdirә bilmәyәcәk’’.

Rәcәb Tayyib Әrdoğan Türkiyәnin mәruz qaldığı ikili standartlara vә maneәlәrә baxmayaraq strateji hәdәfi olan Avropa İttifaqına tam hüquqlu üzvlük mәsәlәsindәki qәtiyyәtli mövqeyini vә fәaliyyәtlәrini davam etdirdiyini bildirib.

 



Әlaqәli Xәbәrlәr