Prezident Ərdoğan iftarda azlıq icmalarının nümayəndələri ilə bir araya gəlib

Prezident Ərdoğan paytaxt Ankarada Çankaya Köşkündə təşkil edilən iftar yeməyində azlıq icmalarının nümayəndələrini qonaq edib.

1634934
Prezident Ərdoğan iftarda azlıq icmalarının nümayəndələri ilə bir araya gəlib

Prezident Rəcəb Tayyib Ərdoğan iftarda azlıq icmalarının nümayəndələri ilə bir araya gəlib.

Prezident Ərdoğan paytaxt Ankarada Çankaya Köşkündə təşkil edilən iftar yeməyində azlıq icmalarının nümayəndələrini qonaq edib.

Din  işləri azrə İdarənin rəhbəri Prof. Dr. Əli Erbaşın da iştirak etdiyi iftar süfrəsinə aşağıdakı şəxslər qatılıb: Fener Rum patriarxı Bartholomeos, Balıklı Rum Xəstəxanası Vəqfinin başçısı Konstantin Yuvanidis, Süryani Metropoliten  başçısı Yusuf Çetin, Süryani Qədim Vəqfinin başçısı Sait Susin, Türkiyə Yəhudilərininruhani başçısı İsak Haleva, Türk Yəhudi Cəmiyyətinin rəhbəri İshak İbrahimzadeh, Türkiyə Baş Xamamlığı Vəqfinin başçısı və Türk Yəhudi Cəmiyyətinin həmsədri Erol Kohen, Türkiyə Erməniləri Patriarxı Sahak Maşalyan, Surp Pırgiç Erməni Xəstəxanası Vəqfinin rəhbəri Bedros Şirinoğlu, Türkiyə Süryani Katolik Cəmiyyətinin ruhani lideri Orhan Abdulahad Çanlı və Süryani Katolik Vəqfinin İdarə heyətinin sədri Zeki Basatemir.



Әlaqәli Xәbәrlәr