Mövlud Çavuşoğlu vә Anze Loqar birgә mәtbuat konfransında çıxış ediblәr

Sloveniyada rәsmi sәfәrdә olan Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu hәmkarı Anze Loqar ilә görüşüb.

1633861
Mövlud Çavuşoğlu vә Anze Loqar birgә mәtbuat konfransında çıxış ediblәr

Sloveniyada rәsmi sәfәrdә olan Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu hәmkarı Anze Loqar ilә görüşüb.

Mövlud Çavuşoğlu vә Anze Logar baş tutan tәkbәtәk vә heyәtlәr arasındakı görüşlәrdәn sonra birgә mәtbuat konfransı tәşkil ediblәr.

Mәtbuat konfransında çıxış edәn Mövlud Çavuşoğlu görüşün sәmәrәli keçdiyini bildirib. Çavuşoğlu bәzi  Aİ ölkәlәrindә insan hüquqları mövzusunda problemlәrin yarandığını, İslamofobiya vә antisemitizmin artığını söylәyib.

‘‘Buna qarşı birlikdә mübarizә aparmalıyıq’’,-deyә Türkiyәnin xarici işlәr naziri vurğulayıb.

Slovakiya xarici işlәr naziri Anze Loqar da öz növbәsindә Mövlud Çavuşoğlunun Liviyada keçirdiyi görüşlәr vә Әfqanıstandakı vәziyyәt haqqında ona mәlumat verdiyini deyib.

‘‘Bu bizim üçün çox әhәmiyyәtli idi.Miqrasiya mәsәlәsindә әldә olunan müqavilәnin yenilәnmәsi Sloveniya üçün әhәmiyyәtli mәsәlәlәrdәn biri olacaq’’,-deyә Anze Loqar qeyd edib.

Loqar hәmçinin iki ölkә arasındakı münasibәtlәrin daha da inkişaf etdirilmәsi mövzusunda hәmfikir olduqlarını ifadә edib.

Qeyd edәk ki, Mövlud Çavuşoğlu keçirdiyi görüşlәr çәrçivәsindә İslam İcmasının başçısı Nedzad Qrabus ilә dә bir araya gәlib.

Bu barәdә Mövlud Çavuşoğlu rәsmi internet sәhifәsindә paylaşım edib.

 

 



Әlaqәli Xәbәrlәr