Hulusi Akar Liviyada: “Problemlər mehriban qonşuluq və sülh yolu ilə həll edilməli”

Milli Müdafiə Naziri Hulusi Akar və Baş Qərargah rəisi General-mayor Yaşar Gülər rəsmi səfərdə olduqları Liviyada vəzifəli Mehmetçik ilə görüşüb.

1633593
Hulusi Akar Liviyada: “Problemlər mehriban qonşuluq və sülh yolu ilə həll edilməli”

Hulusi Akarı Türk hərbçilərini ziyarəti zamanı Liviya Baş Qərargah Rəisi General Muhamməd Əl-Haddad, Qərb Bölgə Komandiri General-mayor Usame Cuveyli və Tripoli Regional Komandiri General-mayor Abdülbaki Mervani müşayiət edib. Nazir Akar burada Türk hərbi personala müraciət edib. Liviyanın Liviyalılara aid olmduğunu, Türkiyənin Liviyanın ərazi bütünlüyünə dəstək verdiyini xatırladıb. Ölkənin suverenliyi və müstəqilliyinin əhəmiyyətinə diqqət çəkib.

Türk hərbi personalının bu ölkəyə cəlb olunduğunda bəzi problemlərin olduğunu ifadə edən Akara: “Türkiyə bu problemləri aradan qaldırmaq üçün gecə-gündüz quruda, dənizdə və havada lazımlı addımları atdı. Bu səylərimiz səmərə verməyə başladı. Türkiyə qara gün dostudur. Burada silahlı qüvvələrin strukturlaşdırılması, modernizasiyası və təşkilatlanması üçün Livilayalı qardaşlarımız ilə əməkdaşlıq çərçivəsində lazımlı addımları atırıq. Əbdülhəmid Dibeybenin rəhbərliyindəki Milli Birlik Hökumətinə dəstəyimiz və dekabr ayında keçiriləcək seçkilərə qədər ölkədə əmin-amanlığın davam etməsi üçün əlimizdən gələn səyi etməkdə davam edəcəyik”.

Türkiyənin Liviyadakı varlığının Şərqi Aralıq dənizindəki hüquqların, maraqların və mənafelərin qorunması baxımından da əhəmiyyətə malik olduğuna diqqət çəkən Akar: “Şərqi Aralıq dənizindəki fəaliyyətlərimizi Liviya ilə dəniz icazəsi müqaviləsi çərçivəsində davam etdiririk. Yunanıstanın bu müqaviləni ləğv etmək cəhdləri nəticəsizdir. Problemlərin beynəlxalq hüquq, mehriban qonşuluq, dialoq və sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq”-deyə Akar vurğulayıb.



Әlaqәli Xәbәrlәr