Süleyman Soylu ‘‘Eren-5 Bagok’’ әmәliyyatı ilә bağlı paylaşım edib
‘‘Eren-5 Bagok’’ әmәliyyatı nәticәsindә 50 koloqram partlayıcı vә kustar üsulla hazırlanmış qurğu әlә keçirilib.
![Süleyman Soylu ‘‘Eren-5 Bagok’’ әmәliyyatı ilә bağlı paylaşım edib](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/3102/9fb7/a38e/5fe4591787411.jpg?time=1718776689)
‘‘Eren-5 Bagok’’ әmәliyyatı nәticәsindә 50 koloqram partlayıcı vә kustar üsulla hazırlanmış qurğu әlә keçirilib.
Bu barәdә Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu mәlumat verib.
Rәsmi internet sәhifәsindә paylaşım edәn Süleyman Soylu ‘‘Eren-5 Bagok’’ әmәliyyatı nәticәsindә Mardinin Nusaybin qәsәbәsinin Koruköy bölgәsindә 50 kiloqram partlayıcı maddә ilә kustar üsulla hazırlanmış qurğunun әlә keçirildiyini vurğulayıb.
Xatırladaq ki, ‘‘Eren-5 Bagok’’ әmәliyyatına yanvarın 26-da start verilmişdi. Әmәliyatda 2 min 550 hәrbi personal iştirak edir.
Milli Müdafiә Nazirliyinin rәsmi internet sәhifәsindә edilәn paylaşımda da ‘‘Pәncә-Şimşәk’’ vә ‘‘Pәncә-İldırım’’ әmәliyyatları ilә İraqın Metina vә Avaşin-Basyan bölgәlәrindә terrorla mübarizәnin davam etdirildiyi bildirilib. Paylaşımda hәmçinin hәrbçilәrin әmәliyyatlar zamanı terror tәşkilatı PKK-ya mәxsus çox sayda silah vә sursatı әlә keirdiyi vurğulanıb.
Әlaqәli Xәbәrlәr
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718776689)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq
![“Türkiyə gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək üçün çalışır”, R.T.Ərdoğan](http://cdn.trt.net.tr/images/medium/rectangle/cb96/dcbf/13e5/66703edd2acdb.jpg?time=1718776689)
“Türkiyə gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək üçün çalışır”, R.T.Ərdoğan
“Ətraf mühitin qorunması üçün qəti addımlar davam etdiriləcək”, - deyə Ərdoğan əmin edib