Türkiyə İraqa başsağlığı verib

Türkiyə İraqın paytaxtı Bağdadda yeni tip koronavirus (Covid-19) xəstələrinin müalicə aldığı İbn əl-Xətib xəstəxanasında baş verən partlayış və yanğında həyatını itirənlər üçün başsağlığı verib.

1627925

Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada, bu gün səhər baş verən partlayış və daha sonra yaranan yanğında çox sayda xəstə və xəstə yaxınlarının öldüyünün dərin kədərlə öyrənildiyi ifadə edilib.

Açıqlamada "Bu faciəli hadisədə həyatını itirənlər üçün qardaş İraq xalqına və İraq hökumətinə başsağlığı verir və yaralananların qısa müddətdə sağalmasını diləyirik" ifadəsi yer alıb.

Әlaqәli Xәbәrlәr