Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı günüdür

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun rəhbərliyi ilə rəsmi heyət Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbri ziyarət etdilər.

1626857
Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı günüdür
23 Nisan
mustafa sentop.jpg
kilicdaroglu.jpg
devlet bahceli.jpg
ziya selcuk anitkabir 23 nisan.jpg

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur. 1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir.
Bu münasibətlə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun rəhbərliyi ilə rəsmi heyət Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbri ziyarət etdilər.
Anıtqəbr önünə əklil qoyuldu, dövlət himni səsləndirildi, parlament sədri xatirə kitabına ürək sözlərini yazdı.
Ziyarətdə ali vəzifəli şəxslər, hökumət üzvləri, siyasi partiya rəhbərləri iştirak etdilər.

"Bu münasibətlə Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürk və silahdaşlarını ilk Məclisimizdən etibarən Qazi Məclisimizdə xidmət göstərmiş bütün millət vəkillərimizi, İstiqlal İstiqlal Marşının qəbul edilməsinin 100. ildönümü münasibətilə xüsusilə milli şairimiz Mehmet Akifi Qurtuluş müharibəsində şəhid olanları xeyirlə, rəhmətlə və minnətdarlıqla yad edirəm".
Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu 23 Aprel Uşaq Bayramı münasibətilə uşaqlarla
onlayn formatda bir araya gəlib.

Kamal Kılıçdaroğlu Türkiyədəki və xaricdəki uşaqlarla görüşünün videosunu sosial media hesabından paylaşıb.

Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədri Dövlət Bağçalı da  "Twitter" hesabında yayımladığı mesajda 23 Aprel Milli Suverenlik və Uşaq Gününü münasibətilə təbrik edib.

Dövlət Bahçel mesajında Türkiyə Böyük Millət Məclisinin ilk sədri Qazi Mustafa Kamal Atatürkə, ilk parlamentin hörmətli millət vəkillərinə, dünyasını dəyişən bütün millət vəkillərinə və müqəddəs şəhidlərimizə Allahdan rəhmət diləyirəm, hazırda həyatda olan keçmiş və yeni millət vəkillərinə uzun ömür diləyirəm" deyib.



Әlaqәli Xәbәrlәr