Türkiyə Bosniya və Herseqovinaya təmənnasız olaraq “Sinovac” vaksinini göndərdi

... Bununla da martın 28-də göndərilənlərlə birlikdə Türkiyənin Bosniya və Herseqovinaya ayırdığı peyvənd sayı 40 min dozaya çatıb

1623161
Türkiyə Bosniya və Herseqovinaya təmənnasız olaraq “Sinovac” vaksinini göndərdi

 

  Türkiyə hökuməti Bosniya və Herseqovinaya yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən alınan “Sinovac” vaksinindən ödənişsiz olaraq 10 min doza göndərib. Bununla da martın 28-də göndərilənlərlə birlikdə Türkiyənin Bosniya və Herseqovinaya ayırdığı peyvənd sayı 40 min dozaya çatıb.

  Qeyd edək ki, yeni növ koronavirus infeksiyası pandemiya elan olunandan bəri Türkiyə çox sayda ölkəyə, o cümlədən Bosniya və Herseqovinaya qoruyucu maska, bu virusa qarşı mübarizədə istifadə edilən tibbi ləvazimatlar, həmçinin dezinfeksiya məhsulları yardım edib. Bundan əvvəl isə Türkiyədən aprelin 15-də Liviyaya 150 min peyvənd göndərilib.



Әlaqәli Xәbәrlәr