“Xarici işlər nazirimiz Nikos Dendiasa həddini bildirdi”, R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan "Xarici işlər nazirimiz Dendiasın bu hərəkətləri və mövqeyi qarşısında ona həddini bildirdi. Daha yumşaq ola bilməzdi" deyib.

1622724
“Xarici işlər nazirimiz Nikos Dendiasa həddini bildirdi”, R.T.Ərdoğan

"Xarici işlər nazirimiz Dendiasın bu hərəkətləri və mövqeyi qarşısında ona həddini bildirdi. Daha yumşaq ola bilməzdi".
Bunu prezident Rəcəb Tayyib Ərdoğan xarici işlər naziri Mövlud Çavuşoğlunun Yunanistanın xarici işlər naziri Nikos Dendiasın ittihamlarına verdiyi cavablarla əlaqədar açıqlamasında deyib. 
Dövlət başçısı Dendiasın Çavuşoğlu ilə paytaxt Ankaraya səfəri zamanı ortaq mətbuat konfransında etdiyi sözlərə toxunaraq, “Təəssüf ki, Dendias və xarici işlər nazirimiz arasındakı görüşdə iş çox fərqli bir zəminə üz tutdu. Xarici işlər nazirimiz Dendiasın bu davranışları, mövqeyi qarşısında ona həddini bildirdi. Bu da daha yumşaq ola bilməzdi. Bir millət olaraq, onsuz da bir ölkə olaraq bizə yaraşmazdı. Lazım gələn dəyərləndirmə ilə konfransı başa vurdular" ifadələrindən istifadə edib. 

Dendiasın münasibətini doğru hesab etmədiklərini deyən Ərdoğan (Dendiası qəbulda) "Türkiyə ilə Yunanıstan arasında bir inteqrasıya olsun, özgələri aramıza girməsin şəklində ona söylədim" deyib.

Yunanistan hökumətinin Qərbi Trakyada baş müftini hələ də özünün təyin etdiyinə işarə edən dövlət başçısı “Lozannaya (müqaviləsi) görə, orada baş müfti təyin etmək hüququnuz yoxdur (1923). Biz (öz ölkəmizdə) patriarxı təyin edə bilmirik. Yunanıstandakı müftilərimizə, imamlarımıza öz məmuru, öz din işçisi kimi yanaşır, təyin edir. Birinci növbədə bunlar  beynəlxalq hüquqa ziddir. Bu da aramızdakı münasibətlərin pozulmasına səbəb olur. Ancaq heç bir nəticə əldə etmədik, bundan sonra əldə edəcəyimizi söylədik, amma bunlarda belə bir atmosfer yoxdur" ifadələrindən istifadə edib.

Qeyd edək ki, Çavuşoğlu dünən (15 aprel) Ankarada olan yunanıstanlı həmkarı Nikol Dendias ilə mətbuat konfransında əsassız ittihamlar səsləndirən qonaq nazirə "Bu ilk görüşün daha müsbət bir atmosferdə davam etməsini istəyirdik, lakin Nikos Dendias təəssüf ki,  ölkəm əleyhinə son dərəcə qəbuledilməz ittihamlarla çıxış etdi. Birincisi, Türkiyənin Yunanıstanın suverenlik haqlarını pozduğunu söylədi. Bunu qəbul edə bilmərik. Türkiyə Cümhuriyyəti öz hüquqlarını, xüsusilə Şərqi Aralıq dənizində və Kıbrıs (Kipr) Türklərinin haqlarını qorumağa qadirdir və atdığımız addımlar da haqlarımızın qorunması istiqamətindədir. Buraya gəlib Türkiyəni ittiham etsəniz, mən də bunların cavabını verərəm. Ayrıca, Türkiyədə biz Rum ortodoks azlığı Rum ortodoks kimi qəbul edirik, ancaq siz "Mən Türkəm" deyən Türklərə "Yox sən Türk deyilsən, sadəcə müsəlmansan" deməyiniz də nə insanidir, nə də beynəlxalq hüquqa uyğundur" deyə cavab vermişdi.



Әlaqәli Xәbәrlәr