Mövlud Çavuşoğlu Şimali Kıbrıs Türk Cümhuriyyәtinin XİN rәhbәri ilә görüşüb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Şimali Kıbrıs Türk Cümhuriyyәtinә etdiyi sәfәr çәrçivәsindә hәmkarı Tahsin Ertuğruloğlu ilә görüşüb.

1622806
Mövlud Çavuşoğlu Şimali Kıbrıs Türk Cümhuriyyәtinin XİN rәhbәri ilә görüşüb
tatar cavuşoglu.jpeg

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Şimali Kıbrıs Türk Cümhuriyyәtinә etdiyi sәfәr çәrçivәsindә hәmkarı Tahsin Ertuğruloğlu ilә görüşüb.

Mәlumata görә, görüş Şimali Kıbrıs Türk Cümhuriyyәtinin Xarici İşlәr Nazirliyindә baş tutub.

Aprel ayının sonunda İsveçrәnin Cenevrә şәhәrindә Kıbrıs mәsәlәsi ilә bağlı 5+1 formatda keçirilәcәk qeyri-rәsmi iclasdan әvvәl Kıbrıs muzakirәlәri әtrafında fikir mübadilәsi aparmaq üçün Şimali Kıbrıs Türk Cümhuriyyәtinә sәfәr edәn Mövlud Çavuşoğlu bu ölkәnin prezidenti Ersin Tatarın sәdrliyindә baş tutacaq görüşdә bu mәsәlәnin bütün detallarını müzakirә edәcәklәrini bildirib.

Mövlud Çavuşoğlu müzakirәlәrdәn әvvәl Türkiyә vә Şimali Kıbrıs Türk Cümhuriyyәtinin ortaq mövqeyini müәyyәn edәcәlәrini ifadә edәrәk Cenevrәyә getmәzdәn әvvәl son iclasın Ankarada keçirilәcәyini, daha sonra isә Ankaradan Cenevrәyә birlikdә sәfәr etmәyi planlaşdırdıqlarını deyib.

Cenevrәdәki iclasda fikirlәrini açıq şәkildә ifadә edәcәklәrini bildirәn Mövlud Çavuşoğlu iclasa qatılanların da fikirlәrini sәmimi şәkildә ifadә etmәlәrini gözlәdiklәrini söylәyib.



Әlaqәli Xәbәrlәr