Mövlud Çavuşoğlu ilə Hanif Atmari ilə telefonla danışıb

Xarici işlər naziri Mövlud Çavuşoğlu əfqanıstanlı həmkarı Hanif Atmari ilə telefonla danışıb.

1622146
Mövlud Çavuşoğlu ilə Hanif Atmari ilə telefonla danışıb

Xarici işlər naziri Mövlud Çavuşoğlu əfqanıstanlı həmkarı Hanif Atmari ilə telefonla danışıb.

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, nazirlər Əfqanıstandakı sülh prosesinə dair mövzuları müzakirə ediblər.

Çavuşoğlu həmkarı Atmara ayrıca, 14 apreldə keçirilən NATO Qətiyyətli Dəstək Missiyası Ölkələri və NATO Şurası yığıncaqlarında baş verənlər və qarşıdakı dövrdə hansı addımların atılacağına dair məlumat verib. 

Qeyd edək ki. 24 aprel - 4 may tarixləri arasında Əfqanıstan İslam Respublikası və “Taliban” nümayəndələri arasında yüksək səviyyəli konfrans keçiriləcək. Türkiyə, Qətər və Birləşmiş Millətlər Təşkilatının (BMT) təşkilatçılığı ilə keçiriləcək konfransa İstanbul ev sahibliyi edəcək. Konfransda siyasi həll üçün yol xəritəsinin yaradılması və toqquşmalara son verilməsi ilə bağlı müzakirələr aparılacaq.



Әlaqәli Xәbәrlәr