İraqın şimalında bir hәrbçi şәhid olub

İraqın şimalındakı Beşika hәrbi bazasına edilәn hücum zamanı bir әsgәr şәhid olub.

1621545
İraqın şimalında bir hәrbçi şәhid olub

İraqın şimalındakı Beşika hәrbi bazasına edilәn hücum zamanı bir әsgәr şәhid olub.

Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumata görә, dünәn Beşika hәrbi bazasına hücum tәşkil edilib. Hücum zamanı atılan raket mәrmilәrinin biri hәrbi bazaya, ikisi dә kәndә düşüb. Hücum nәticәsindә bir әsgәr şәhid olub, kәnddәki bir uşaq da yaralanıb. Mәlumatda hücumdan sonra bölgәdә tәhlükәsizlik tәdbirlәrinin güclәndirildiyi bildirilib.

‘‘Qәhraman şәhidimizә Allahdan rәhmәt, ailәsinә ilә Türkiyә Silahlı Qüvvәlәrinә başsağlığı vә sәbir, xәsarәt alan uşağa şәfa dilәyirik’’,deyә Milli Müdafiә Nazirliyindәn verilәn bәyanatda vurğulanıb.



Әlaqәli Xәbәrlәr