"Kanal İstanbulun Montrö boğazlar konvensiyası ilə heç bir əlaqəsi yoxdur", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan "Kitabxana söhbətləri" adlı tədbir çərçivəsində Millət Kitabxanasında gənclərin suallarını cavablandırıb.

1621379
"Kanal İstanbulun Montrö boğazlar konvensiyası ilə heç bir əlaqəsi yoxdur", R.T. Ərdoğan

"Burada öz müstəqilliyimizi, öz suverenliyimizi tam şəkildə qurduğumuz bir əsər qazandırırıq".

Bunu prezident Rəcəb Tayyib Ərdoğan "Kitabxana söhbətləri" adlı tədbir çərçivəsində Millət Kitabxanasında gənclərin suallarını cavablandırarkən deyib. 

Ərdoğana Kanal İstanbul layihəsinin Türkiyə üçün üstünlüklərinin nələr olacağı, Montrö boğazlar konsensiyasıdan çıxılıb-çıxılmayacağı sual edilib.

Kanal İstanbulun Montrö ilə heç bir əlaqəsi olmadığını ifadə edən prezident Ərdoğan bunları söyləyib:

"Bu, uzunluğu 42-43 km olan bir kanaldır. Bu kanalda Qara dənizi Mərmərəyə birləşdiririk. Ancaq Qara dənizə və Mərmərə tərəfndə gələn gəmilərin oralarda gözləmə və ya gözləməmə müddətləri bizim nəzarətimizdədir. Bunun Montrö ilə heç bir əlaqəsi yoxdur. Montrö İstanbul boğazı ilə əlaqəli müqavilədir. Buna görə burada öz müstəqilliyimizi, öz suverenliyimizi qurduğumuz bir əsər qazandırırıq".

Kanal İstanbulun Türkiyəyə daha dinc, rahatlıq gətirəcəyini, İstanbulun çox böyük bir zənginliyə qovuşacağını dilə gəirən dövlət başçısı İstanbul boğazının da ətraf mühitin qorunması baxımından ciddi mənada rahatlaşacağını söyləyib.



Әlaqәli Xәbәrlәr