Türkiyə “Covid-19”la bağlı yenidən qatı məhdudlaşdırmalara getdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kabinet yığıncağından sonra ictimaiyyətin maraqla gözlədiyi mövzularla bağlı məlumatlar verərək deyib

1620585
Türkiyə “Covid-19”la bağlı yenidən qatı məhdudlaşdırmalara getdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kabinet yığıncağından sonra ictimaiyyətin maraqla gözlədiyi mövzularla bağlı məlumatlar verərək deyib: “Türkiyə görülən tədbirlərlə epidemiyanın mənfi təsirlərini azaltmada ölkələr arasında mühüm yer turur.

  Hər fürsətdə tədbirləri yumşaldaraq normallaşma müddətinə keçirik. Ümumi peyvənləmədə 19 milyon rəqəmlə dünyada ilk sıralardayıq. Ancaq son yoluxma və vəfat sayı bizi istər-istəməz tədbirləri sərtləşdirmək məcburiyyətində qoyur.  

  Çoxu Ramazan ayı ilə başlayan silsilə tədbirləri artırır, ilk iki həftədə qismi bağlanma tətbiqinə keçirik.

  Peyvənd sırası gələnlərin bu imkanı dərhal qiymətləndirmələrini istəyirəm. Vaksin vəfat və yoluxma sayını salmaqda kömək edir.

  Həftə sonları küçəyəçıxma məhdudlaşdırması sürəcək.

  Həftəiçi küçəyəçıxma məhdudlaşdırma saatları 19.00-dan sübh 05.00-a qədərdir.  

  65 yaş üstü və 20 yaş altında olanlara şəhərlərarası səyahət məhdudlaşdırmasını yenidən gətiririk.

  Cəmiyyətdə yumşaq iş rejimi yenidən tətbiq olunacaq. Şərtləri uyğun olan xüsusi sektor firmaları da bu istiqamətdə gedəcək.

  Təhsildə imtahan prosesində olan 8 və 12-ci siniflər ilə məktəbəqədərki qurumlarından başqa, bütün şagird və tələbələr uzaqdan təhsili davam etdirəcək.

  Restoran və bənzər iş yerləri Ramazan boyu yalnız paket servis xidməti yerinə yetirəcək.

  Dövlət və ictimai qurumlarda saat 16.00-da bitəcək şəkildə yumşaq iş rejimi yenidən başlayacaq.

  Dövlət və ictimai qurumlarda çalışan hamilələr, xroniki xəstəliyi olanlar və 10 yaşdan aşağı uşağı olan qadın işçilər inzibati icazəli sayılacaq.

  Yemə-içmə xidməti verən kafe, qiraətxana, lokal, çay bağçası, idman salonu və bənzəri yerlər fəaliyyətlərinə bayram sonuna qədər ara verəcək.

  İstirahət mərkəzləri ilə evlərdə kütləvi iftar və bənzər qonaqlıqlar olmayacaq.

  Otellər yalnız öz müştəriləriylə məhdudlaşdırılmış şəkildə xidmət verə biləcək. Saxta rezervasiya və bənzəri hiylələrə göz yumulmayacaq.

  Toy, nişan, xına, nikah və ümumi yığıncaqlarla bağlı fəaliyyətlərin hamısı bayramdan sonraya qədər təxirə salınır.

  Bütün bu tədbirlər 14 apreldən tətbiq ediləcək.



Әlaqәli Xәbәrlәr