Türkiyənin dövlət qurumları və qeyri-hökumət təşkilatları Pakistana Ramazan ayında yardım çatdıracaq

Pakistanın demək olar ki, hər bölgəsinə müxtəlif yardımlar çatdırmaq üçün fəaliyyətlərini davam etdirən Türkiyənin qurum və qeyri-hökumət təşkilatları bu çərçivədə hazırlıqlarını başa vurublar.

1619180
Türkiyənin dövlət qurumları və qeyri-hökumət təşkilatları Pakistana Ramazan ayında yardım çatdıracaq

Ramazan ayında Pakistanın demək olar ki, hər bölgəsinə müxtəlif yardımlar çatdırmaq üçün fəaliyyətlərini davam etdirən Türkiyənin qurum və qeyri-hökumət təşkilatları bu çərçivədə hazırlıqlarını başa vurublar.

Türkiyənin Qızıl Aypara Cəmiyyətinin Pakistan üzrə Heyətinin sədri  İbrahim Carlos Camilo Pakistanda 14 paylama məntəqəsində 5 min ailəyə Ramazan ərzaq bağlamaları paylayacaqlarını və təxminən 30 min insanın bundan istifadə edəcəyini söyləyib.

Camilo ərzaq bağlamasında un, düyü, yağ, xurma, mərcimək və şəkər kimi əsas qida məhsullarının olduğunu bildirib.
Camilo "Türkiyənin Qızıl Aypara Cəmiyyəti olaraq Ramazan ayı müddətində Pakistan miqyasında cəmi 100 ton qida yardımı paylayacağıq" deyib.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) İslamabad üzrə Koordinatoru Gökhan Umut da ehtiyacı olanlara dəstək olmaq üçün lazımi hazırlıqları tamamladıqlarını qeyd edərək "4 min ailəyə Ramazanda ərzaq bağlamaları paylayacağıq. Hər il olduğu kimi, pakistanlı qardaşlarımızla da Ramazanın bərəkətini və paylaşma ruhunu bölüşəcəyik" deyib.

TİKA Karaçi Koordinatoru İbrahim Katırcı da 1300 ərzaq bağlaması paylacaqlarını bildirib.

İnsan Hüquqları və Azadlıqları (İHH) Humanitar Yardım Vəqfi Pakistan nümayəndəsi Murat Kavaktan isə, "Pakistanın 10 fərqli bölgəsində ehtiyacı olan 553 ailəyə ərzaq bağlaması ilə dəstək olacağıq" deyə qeyd edib. 

Kavaktan təxminən 42 ton ərzaq paylayacaqlarını və 7 min 750 insanın yardımlardan faydalanacağını bildirib.



Әlaqәli Xәbәrlәr