"Türkiyənin dəstəyi bizim üçün son dərəcə əhəmiyyətlidir", V.Zelenski

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Qara dənizin bir barış, rifah və əməkdaşlıq dənizi olmasının davam etməsi təməl hədəflərimizdəndir", - deyə vurğulayıb.

1618735
"Türkiyənin dəstəyi bizim üçün son dərəcə əhəmiyyətlidir", V.Zelenski

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədə rəsmi səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski İstanbulda təkbətək və heyətlərarası görüşlərdən sonra təşkil edilən ortaq mətbuat konfransında çıxış ediblər.

  Ərdoğan buradakı nitqində deyib: “Qara dənizin barış, rifah və əməkdaşlıq dənizi olmasının davam etməsi təməl hədəflərimizdən biridir.

  Biz Türkiyə olaraq Ukraynanın torpaq bütövlüyü və suverenliyini qəti şəkildə müdafiə edirik.

  Rusiya və Ukrayna sərhədindəki mövcud böhran Ukraynanın torpaq bütövlüyü və beynəlxalq hüquq çərçivəsində sülh və diplomatik yollarla həll olunmalıdır.  

  Türkiyənin Ukrayna ilə əməkdaşlığı heç şəkildə üçüncü ölkələrə qarşı bir cəhd deyil.

  Krımın ilhaqını tanımamaqda qərarımızı bir daha təsdiq edirik.

  Ukraynanın beynəlxalq ictimaiyyəti Krım məsələsilə bağlı bir araya gətirmək məqsədi yaratdığı Krım Platformasını dəstəkləyirik."

  Ukrayna prezidenti Vladimir Zelenski isə öz növbəsindəki çıxışında: "Türkiyənin suverenliyimiz və torpaq bütövlüyümüzün yenidən təsisi üçün verdiyi dəstək bizim üçün son dərəcə əhəmiyyətlidir", - deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr