Mövlud Çavuşoğlu küveytli hәmkarı ilә birgә mәtbuat konfransında çıxış edib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Küveyt ilә regional mövzularda hәmfikir olduqları üçün mәmnun olduqlarını söylәyib.

1617356
Mövlud Çavuşoğlu küveytli hәmkarı ilә birgә mәtbuat konfransında çıxış edib

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Küveyt ilә regional mövzularda hәmfikir olduqları üçün mәmnun olduqlarını söylәyib.

Mövlud Çavuşoğlu Türkiyәyә sәfәr edәn Küveyt xarici işlәr  vә Nazirlәr Kabineti mәsәlәlәri üzrә naziri Әhmәd Nasır Mәhәmmәd әs-Sabahla tәkbәtәk görüş keçirib.

Türkiyә-Küveyt Әmәkdaşlığı üçün Birgә Komitә iclasına da qatılan nazirlәr daha sonra birgә mәtbuat konfransı tәşkil ediblәr.

Hәmkarı ilә iki ölkә arasındakı әlaqәlәri vә regional mәsәlәlәri müzakirә etdiklәrini ifadә edәn Mövlud Çavuşoğlu deyib: ‘‘Regional mәsәlәlәrdә hәmfikir olduğumuz üçün mәmnun oldum. İki ölkәnin dә mәqsәdi bölgәdә sülhün, sabitliyin vә iqtisadi inkişafın tәmin olunmasıdır’’.

Mövlud Çavuşoğlu Küveytin regional mәsәlәlәrdә üzәrinә götürdüyü vasitәçilik rolunu alqışladıqlarını ifadә edәrәk Türkiyәnin Küveytin bu әhәmiyyәtli rolunu dәstәklәmәyә davam edәcәyini qeyd edib.

Küveyt xarici işlәr naziri isә öz növbәsindә Türkiyә vә Küveyt arasındakı әlaqәlәrin әhatәli olduğunu vә qarşılıqlı sәfәrlәrin davam edәcәyini ifadә edib. Әhmәd Nasır Mәhәmmәd әs-Sabah hәmçinin iki ölkә arasındakı әmәkdaşlığı güclәndirmәk istәdiklәrini deyib. Küveytli nazir Türkiyәyә vә bütün ölkәlәrә Körfәz böhranının hәll edilmәsi mәsәlәsinә verdiklәri dәstәyә görә tәşәkkür edib.

 

 

 



Әlaqәli Xәbәrlәr