TOGG adını bir yerə qeyd edin

Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti yazır...

1616796
TOGG adını bir yerə qeyd edin

 

  Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti Türkiyənin Avtomobili Müəssisəsi Qrupunun (Türkiye Otomobili Girişim Grubu - TOGG) istehsal edəcəyi elektrikli avtomobilin “Tesla”, “Volkswagen” və digər bütün potensial rəqiblərə meydan oxuyacağını yazıb.

  Məqalədə deyilir: “Türkiyənin avtomobil istehsalçısı TOGG-un 100 faiz elektrikli avtomobili bir dəfə yüklənməklə 500 kilometrdən çox yol getməyə zəmanət verir. Elektrik yükləmə stansiyasında cəmi yarım saata 80 faiz yüklənir. Sözügedən elektrikli avtomobil rəqabətçidir, “Tesla”, “Volkswagen” və digər bütün potensial rəqiblərinə meydan oxuyacaq”.

  Almaniya qəzeti daha sonra yazır: “Yeni tip koronavirus (Covid-19) epidemiyası belə TOGG-un planlarına təsir etmədi.

  Hissələrinin çoxunun Türkiyədə istehsal olunduğu TOGG öz bu elektrikli maşınına "avtomobil" sözü yerinə "ağıllı cihaz" deməyi seçir.

  Xəbərin müəllifi Andreas Mihm daha sonra maraqlı bir vurğu edir: “TOGG adını bir yerə qeyd edin."  



Әlaqәli Xәbәrlәr