Türkiyədən arakanlı müsəlmanlara yardım

Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişilə bölgəyə yardımların çatdırılması üçün fəaliyyətlərə başlanıb

1613240
Türkiyədən arakanlı müsəlmanlara yardım

 

  Banqladeşdə arakanlı müsəlman qaçqınların yaşadığı düşərgədəki yanğında zərər görən Türkiyə səhra xəstəxanasının xidmət göstərməsi üçün hazırlanmış yardım materiallarını daşıyan hərbi yük təyyarəsi Ankaradan yola düşüb.

  Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişilə bölgəyə yardımların çatdırılması üçün fəaliyyətlərə başlanıb.

  Bu çərçivədə yanğında zərər görən Türk səhra xəstəxanasının  yenidən istifadəyə verilməsi üçün hazırlanan "ağır iqlim tipli səhra xəstəxanası" Etimesgut Hərbi Hava Limanında "A 400M" tipli hərbi yük təyyarəsinə yüklənib.

  Tibbi ləvazimatlar, çadırlar, 50 çarpayılıq xəstəxana avadanlığı və yardım materialları daşıyan təyyarə Səhiyyə Nazirliyinin 13 işçisi ilə Etimesgut Hərbi Hava Limanından Banqladeşə yola düşüb.

  Qeyd edək ki, arakanlı müsəlman qaçqınların yaşadığı düşərgədə keçən həftə baş verən yanğında 28 nəfər ölüb.



Әlaqәli Xәbәrlәr