"PKK-nın ölkə daxilindəki silahlı terrorçu sayı 300-dən aşağı düşüb", S.Soylu

Terror təşkilatı PKK-nın ölkə daxilindəki silahlı terrorçu sayı 300-dən aşağı düşüb.

1613571
"PKK-nın ölkə daxilindəki silahlı terrorçu sayı 300-dən aşağı düşüb", S.Soylu

Terror təşkilatı PKK-nın ölkə daxilindəki silahlı terrorçu sayı 300-dən aşağı düşüb.

Bunu Kastamon daxili işlər naziri Süleyman Soylu Kastamonu şəhərində iştirak etdiyi tədbirdə deyib.
Süleyman Soylu keçən il 53 nəfərin PKK-ya qoşulduğunu, ancaq keçən il 243 nəfərin polis və jandarma qruplarının təlqin etməsi nəticəsində dağdan endirildiyini vurğulayıb.

Təşkilata bu il qoşulmanların sayının 11 olduğunu ifadə edən Soylu inandırma səyləri nəticəsində təhlükəsizlik qüvvələrinə təslim olanların sayının 40 olduğunu bildirib.

Ölkədə PKK-nın silahlı terrorçu sayının hazırda 300-dən aşağı olduğunu vurğulayan Soylu "Onlarına hədlərini bir-bir göstərəcəyik, bu il tarixin ən böyük bədəlini ödəyəcəklər. Onlara hədlərini bildirmək bizim namus borcumuzdur. Terrora hər yerdə son qoymaq barədə qətiyyətliyik" deyib.



Әlaqәli Xәbәrlәr