Azərbaycan prezidenti Türkiyənin ticarət nazirini qəbul etdi

Azərbaycanda görüşlərdə olan Türkiyənin ticarət nazirini qəbul edən İ.Əliyev Türkiyə xalqının dəstəyini hər vaxt hiss etdiklərini, İkinci Qarabağ Müharibəsində türklərin Azərbaycanın yanında olduğundan duyduğu məmnuniyyəti dilə gətirib

1613795
Azərbaycan prezidenti Türkiyənin ticarət nazirini qəbul etdi

 

  Türkiyənin ticarət naziri Ruhsar Pekcan Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edildi.

  Azərbaycanda görüşlərdə olan Türkiyənin ticarət nazirini qəbul edən İ.Əliyev Türkiyə xalqının dəstəyini hər vaxt hiss etdiklərini, İkinci Qarabağ Müharibəsində türklərin Azərbaycanın yanında olduğundan duyduğu məmnuniyyəti dilə gətirib.

  Azərbaycan prezidenti türkiyəli həmkarının müharibə vaxtı etdiyi çıxışlardan qürurla bəhs edib, Türkiyə mediasının düzgün məlumatların dünyaya yayılmasında oynadığı mühüm rolü təqdir edib: “Həm müharibə zamanı, həm sonra Türkiyə ictimaiyyətindən çox sayda dəstək məktubu aldıq. Bu, iki ölkə arasındakı birliyin təzahürüdür”.

  Türkiyənin ticarət naziri Ruhsar Pekcan da Azərbaycanın müvəffəqiyyətlərindən qürur duyduqlarını vurğulayıb: “Qarabağ müharibəsi zamanı Azərbaycanda yaşananları və sizin fəaliyyətinizi Türkiyə yaxından izləyir və Azərbaycanın uğurlarına sevinirdi”.

  R.Pekcan Azərbaycan səfəri çərçivəsində ölkənin baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə də görüşüb.



Әlaqәli Xәbәrlәr