ÜST yeni növ koronavirus ilə bağlı birifinq keçirəcək

Səhiyyə naziri Fahrəttin Koca, vaxtaşırı ictimaiyyəti məlumatlandıran Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkil etdiyi media brifinqinə qatılacaq.

1612670
ÜST yeni növ koronavirus ilə bağlı birifinq keçirəcək

Nazir Koca, “ÜST” Baş Direktoru Dr. Tedros Adhano Qebreyesusu müşayiət edəcək yığıncaqda yeni növ koronavirusun (Kovid-19) səhiyyə işçilərinə təsiri, onların qorunmaları uğrunda atılan addımlar və Türkiyədəki səhiyyə işçilərinin vaksinasiya olmaları barədəki fikirlərini beynəlxalq ictimaiyyətlə paylaşacaq.

F.Kocanın iclasa dəvət edilməsində Türkiyənin “Kovid-19” əliyhinə apardığı mübarizə, üzərinə götürdüyü qlobal liderlik, və sağlamlıq işçilərinə yanaşması təsirli olub.

beynəlxalq media başda olmaqla bütün dünyanın yaxından izlədiyi və maraq göstərdiyi məlumatlandırma iclası bu gün Türkiyə vaxtı ilə saat 18: 00-19: 00 arasında keçiriləcək.

ÜST-nin texniki infrastrukturundan istifadə edilərək həyata keçiriləcək canlı yayım ÜST-nin “Kovid-19 veb səhifəsi”- dən və sosial media hesablarından izlənilə biləcək.



Әlaqәli Xәbәrlәr