BMT sədrinin Türkiyə, Qətər və Azərbaycan səfəri

BMT Baş Assamleyasının sözçüsü Brenden Varmanın verdiyi məlumata görə...

1612380
BMT sədrinin Türkiyə, Qətər və Azərbaycan səfəri

 

  Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assamleyasının 75-ci dövri sədri Volkan Bozkır 1-12 aprel tarixlərində Türkiyə, Qətər və Azərbaycanda səfərdə olacaq.

  BMT Baş Assamleyasının sözçüsü Brenden Varmanın verdiyi məlumata görə, Volkan Bozkır gələn həftə Türkiyənin paytaxtı Ankarada ölkə başçısı Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

  Türkiyə parlamentində qlobal böhranlar, çox tərəflilik və BMT sistemi ilə bağlı çıxış edəcək BMT Baş Assamleyasının 75-ci dövri sədri Türkiyədəki BMT qrupu ilə də bir araya gələcək.

  Hataydakı suriyalı mühacirlərlə də görüşəcək Volkan Bozkır Türkiyə səfərindən sonra Qətər və Azərbaycana üz tutacaq.  



Әlaqәli Xәbәrlәr