Süleyman Soylu: "Qanunsuz miqrant sayı epidemiyanın təsirilə azalıb"

Türkiyədə yaxalanan miqrant sayı 2021-ci ildə mart ayının 24-nə qədər 22 min 115 min olub.

1612010
Süleyman Soylu: "Qanunsuz miqrant sayı epidemiyanın təsirilə azalıb"

Türkiyədə yaxalanan miqrant sayı 2021-ci ildə mart ayının 24-nə qədər 22 min 115 min olub.

Daxili işlər naziri Süleyman Soylu Balıkəsirin Ayvalık qəsəbəsində təşkil edilən Miqrasiya İdarəetmə Qiymətləndirmə Yığıncağında etdiyi çıxışda Türkiyədə yaxalanan qanunsuz miqrant sayına toxunaraq, “Yaxalanan qanunsuz qaçqın sayı 2019-cu ildə zirvəyə çataraq 454 min 662-yə çıxıb. Yeni növ koronavirus (Covid-19) epidemiyasının təsiri ilə 2020-ci ildə bu rəqəm 122 min 302-yə düşüb. 2021-ci ildə 24 mart tarixinədək bu rəqəm 22 min 115 olaraq reallaşıb" deyib.

Qanunsuz köç çərçivəsində 2019-cu ildə 103 min 858 deportasiya proseduru reallaşdığını və deportasiya əməliyyatları ilə əlaqəli bu ölçüdə bir əməliyyatın başqa bir ölkədə olmadığını vurğulayan Soylu "Eyni şəkildə 2020-ci ildə epidemiya prosesinə baxmayaraq 41 min 379 deportasiya proseduru həyata keçirildi. İlin əvvəlindən bu yana 9 min 369 qaçqın ölkədən kənara çıxarılıb. Bu səbəbdən bu insanların ölkəyə qanunsuz yolla girməsinin qarşısını almaq bizim üçün çox vacibdir" deyə bildirib.



Әlaqәli Xәbәrlәr