Türkiyə Nazirlər Kabineti koronavirusla bağlı toplanır
Türkiyə Nazirlər Kabineti ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə martın 29-u səhər Beştepedə toplanacaq
Türkiyə Nazirlər Kabineti ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə martın 29-u səhər Beştepedə toplanacaq.
Yığıncağın əsas gündəm mövzusu yeni tip koronavirusla (Covid-19) mübarizə olacaq.
Mərhələli normallaşma müddətində son 1 ay qiymətləndiriləcək, yoluxma halları analiz ediləcək, mutasiyalı virusun seyri izləniləcək.
Epidemiyanın səhiyyə başda olmaqla təhsil, iqtisadiyyat və ictimai həyata təsirləri müzakirə olunacaq və tədbirlərə necə davam ediləcəyinə dair qərar veriləcək.
Toplantıda peyvəndetmədə son vəziyyət də danışılacaq. Çin, Almaniya və Rusiya başda olmaqla ölkə xaricindən peyvənd tədarükü və yerli peyvənd işlərindəki son vəziyyətə nəzər salınacaq.
Kabinet yığıncağından sonra veriləcək qərarları ölkə başçısı Ərdoğan ictimaiyyətlə paylaşacaq.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq