Türkiyә prezidenti әhәmiyyәtli bәyanatlar verib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan İstanbulda jurnalistlәrin suallarını cavablandırıb.

1609183
Türkiyә prezidenti әhәmiyyәtli bәyanatlar verib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan İstanbulda jurnalistlәrin suallarını cavablandırıb.

Yeni növ koronavirus epidemiyasına qarşı davam etdirilәn vaksinasiya prosesinә toxunan Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Ümidvarıq ki, vaksinasiya prosesi may vә ya iyun ayında sona çatar’’.

Çindәn alınan peyvәnd mәsәlәsinә toxunan Rәcәb Tayyib Әrdoğan aldıqları peyvәndlәr xaricindәki peyvәndlәrin Türkiyәyә çatdırılması mәsәlәsindә gecikmәnin yaşandığını vә mәsәlәni Çinә xatırlatdıqlarını bildirib.

Almaniyadan da 1 milyon 400 milyon doza peyvәnd aldıqlarını deyәn Rәcәb Tayyib Әrdoğan qeyd edib ki, Rusiya ilә gürüşlәrimiz davam edir.Milli imkanlarla hazırlanan peyvәndlә bağlı fәaliyyәtlәrimiz dә davam edir.

Cәnubi Qıbrız Rum Rәhbәrliyindәki mәscidә edilәn hüqumu da qiymәtlәndirәn Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Tәәsüf ki, rumlar bu növ şeylәri hәr zaman edirlәr. Avropa İttifaqı Sammitinin keçirildiyi dövrdә bunun edilmәsi tәhrikedici xarakter daşıyır’’.

Rәcәb Tayyib Әrdoğan Türkiyәnin İstanbul müqavilәsindәn çıxması ilә bağlı bildirib ki, Prezident Aparatının atdığı addım qanunidir vә bu addımla yoluna davam edәcәk. Biz qәrarımızı verdik.



Әlaqәli Xәbәrlәr