"Türkiyənin uğurlu əməliyyatları ilə terror təşkilatlarına ciddi zərbə vuruldu", M.Şentop

Türkiyə son zamanlarda həyata keçirdiyi uğurlu əməliyyatlarla terror təşkilatlarını ölkə daxilində hərəkət edə bilməyəcək hala gətirdi.

1609046

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop dünən (25 mart) Antaliyanın Belek turizm mərkəzində "Terrorla Mübarizə və Regional Əlaqənin İnkişafı IV Parlement Sədrləri Konfransı"nda ev sahibi kimi etdiyi çıxışda deyib.
Şentop həm daxildə, həm də xaricdə aparılan əməliyyatlarla uğurlu nəticələrin əldə edildiyini vurğulayıb:
"Terror təşkilatları Türkiyənin sərhədində İraqda və Suriyada idarə boşluğundan istifadə edərək yerləşməyə cəhd edirdi. Türkiyə sərhəddən kənarda həyata keçirdiyi əməliyyatlarla bunların qarşısını aldı. Xüsusilə Suriyada yaradılan dəhlizlərlə orada qurulmaq istənən bir qarnizon süni terror dövlətinin qurulmasını qeyri-mümkün hala gətirdi".

İraqda həyata keçirilən əməliyyatlarla terror təşkilatlarının fəaliyyətlərinin qarşısının alındığına diqqət çəkən Mustafa Şentop terror təşkilatlarını məhv etmək üçün uğurlu əməliyyatların həyata keçirildiyini dilə gətirib.

Әlaqәli Xәbәrlәr