"Buraxın Türkiyəni, dünyada belə bir siyasi partiya yoxdur", R.T.Ərdoğan

AK Partiyanın 1 milyondan artıq gənc və təxminən 5 milyondən çox qadın üzvü ilə 13 milyon 500 min nəfərə çatdığını vurğulayan Ərdoğan deyib...

1607469
"Buraxın Türkiyəni, dünyada belə bir siyasi partiya yoxdur", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uşaqları bölücü terror təşkilatı PKK tərəfindən qaçırılan Diyarbəkirdəki gözüyaşlı anaları ziyarət edəcəklərini bildridi.

  Ölkə başçısı, Ədalət və İnkişaf Partiyasının sədri R.T.Ərdoğan AK Partiyanın VII Böyük Konqresinə qatılmaq üçün gəldiyi Ankara İdman Salonunda açıq havada gözləyən partiyalılara xitab etdi.

  AK Partiyanın 1 milyondan artıq gənc və təxminən 5 milyondən çox qadın üzvü ilə 13 milyon 500 min nəfərə çatdığını vurğulayan Ərdoğan deyib: "Buraxın Türkiyəni, dünyada belə bir siyasi partiya yoxdur."

  Çıxışında uşaqları PKK tərəfindən qaçırılan Diyarbəkir analarına da toxunan Ərdoğan: “Diyarbəkirdəki gözüyaşlı analarımızı şəxsən yerində ziyarət edəcəyik, inşaallah."



Әlaqәli Xәbәrlәr