"21-ci əsr və daha sonrakı əsrlərdə öz gücünü göstərəcək  Türkiyə inşa etdik", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AK) 7-ci qurultayında çıxış edib.

1607662
"21-ci əsr və daha sonrakı əsrlərdə öz gücünü göstərəcək  Türkiyə inşa etdik", R.T.Ərdoğan

"21-ci əsr və daha sonrakı əsrlərdə öz gücünü göstərəcək  Türkiyə inşa etdik".

Bunu bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AK) 7-ci qurultayında prezident və partiyanın sədri Rəcəb Tayyib Ərdoğan etdiyi çıxışda deyib.

Türkiyəni və Türk millətini davamlı daxili problemlərilə məşğul edərək, son iki əsrdir köklü dəyişikliklərdən kənarda qoyanların, yenə eyni oyunu davam etdirdiklərini, ancaq bu dəfə müvəffəq ola bilməyəcəklərini vurğulayan dövlət başçısı "Çünki bu dəfə fərqli bir Türkiyə var. 84 milyon vətəndaşı ilə tək millət deyən bir Türkiyə var. Bu dəfə sadəcə əlindəkilərə sahib çıxmaqla kifayətlənməyən yeni qlobal siyasi və iqtisadi nizamda haqq etdiyi yeri tutma qərarlılığını 2023-cü il hədəflərilə 2053-cü il hədəfi və 2071-ci il məqsədi ilə göstərən bir Türkiyə var. Son 8 ildə qurulmuş tələləri bir-bir məhv edən bir Türkiyə var. Əllərindən gəlsə ölkəmizə bir stəkan belə su verməzlər. Amma onların bu mövqeləri bizi yolumuzdan döndərmədi" deyib.
2023-cü ilin hədəflərini yeni bir başlanğıca çevirərək 21-ci əsr və daha sonrakı əsrlərdə öz gücünü göstərəcək Türkiyə inşa etdiklərini ifadə edən Ərdoğan AK Partiyanın Türkiyədəki təhsildən, sağlığa, sənayedən idmana qoyduğu yatırımlarla inkişaf etdirdiyini söyleyib. 

Ərdoğan başda terror təşkilatı PKK olmaqla bütün terror təşkilatlarını məğlub etdiklərini və onları ölkə sərhədləri daxilində hərəkət edə bilməz hala gətirdiklərini qeyd edib.

Nəqliyyatda 932 milyard lirəlik sərmayə qoyuluşu ilə  Türkiyənin infrastrukturunu bərpa etdiklərini vurğulayan Ərdoğan yeni növ koronavirus epidemiyası səbəbiylə durğunluq olsa da Türkiyənin gələcəyin ən böyük hava yolu nəqliyyat infrastrukturuna sahib ölkəsi olaraq ilk yerləri tutacağını da bildirib.



Әlaqәli Xәbәrlәr