Ruhsar Pekcan Paolo Centiloni ilә görüşüb

Türkiyәnin ticarәt naziri Ruhsar Pekcan Avropa ittifaqının iqtisadiyyat üzrә komissarı Paolo Centiloni ilә görüşüb.

1606720
Ruhsar Pekcan Paolo Centiloni ilә görüşüb
Ruhsar Pekcan-Paolo Gentiloni.jpg
ruhsar pekcan.jpg

Türkiyәnin ticarәt naziri Ruhsar Pekcan Avropa ittifaqının iqtisadiyyat üzrә komissarı Paolo Centiloni ilә görüşüb.
Rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edәn Ruhsar Pekcan Paolo Centiloni ilә onlayn qaydada görüşdüklәrini deyib.

R.Pekcan görüşdә ikitәrәfli iqtisadi vә ticarәt münasibәtlәri, Türkiyә-Aİ arasındakı müsbәt gündәm, Gömrük Birliyinin yenilәnmәsi kimi mövzuların müzakirә edildiyini bildirib.

‘‘Cənab Centiloni ilə gömrük әmәliyyatlarının rəqəmsallaşdırılması, səlahiyyətli tərəflərin qarşılıqlı tanınması ilә әlaqәdar әmәkdaşlığın davam etdirilmәsi  və dialoqun tәmin edilmәsi mәsәlәsindә razılıq әldә etdik. Keçirdiyimiz səmərəli görüş üçün Centiloniyә təşəkkür edirəm’’,-deyә Ruhsar Pekcan vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr