Süleyman Soylu: "Yunanıstan Sahil Mühafizəsi miqrantları dənizdə ölümə göndərib"

Süleyman Soylu Yunanistan Sahil Mühafizə bölmələrinin 7 qaçqını əllərini plastik qandallarla bağladıqlarını və xilasedici jilet və qayıq olmadan dənizdə ölümə göndərdiklərini bildirib.

1604585
Süleyman Soylu: "Yunanıstan Sahil Mühafizəsi miqrantları dənizdə ölümə göndərib"

Daxili işlər naziri Süleyman Soylu Yunanistan Sahil Mühafizə bölmələrinin 7 qaçqını əllərini plastik qandallarla bağladıqlarını və xilasedici jilet və qayıq olmadan dənizdə ölümə göndərdiklərini bildirib.

"Sputnik"in məlumatına görə, Soylu sosial media hesabından verdiyi açıqlamada "Yunanıstan sahil mühafizə bölmələri bu gecə (18 mart) 7 immiqrantı döyüb, əşyalarını götürdü, əllərini plastik qandallarla bağladı və xilasetmə jiletləri və qayıqları olmadan dənizə atdı. Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları yerli vaxtla saat 14:55-də 2 immiqrantı sağ xilas etdi, bir immiqrantın da cəsədini tapdı" ifadələrindən istifadə edib.

Nazir Soylu Türkiyənin Sahil Mühafizə Xidməti əməkdaşlarının immiqrantları xilas etdiyi anın görüntülərini də paylaşıb.



Әlaqәli Xәbәrlәr