XİN: Davam edən məhkəmə prosesi haqqında danışmaq hüquqa müdaxilədir

Türkiyə əsassız və daxili işlərə müdaxilə etməyə cəhd göstərən dairələri müstəqil məhkəmələr tərəfindən yürüdülən mühakimə proseslərinə hörmət göstərməyə dəvət edib.

1603882
XİN: Davam edən məhkəmə prosesi haqqında danışmaq hüquqa müdaxilədir

Türkiyə əsassız və daxili işlərə müdaxilə etməyə cəhd göstərən dairələri müstəqil məhkəmələr tərəfindən yürüdülən mühakimə proseslərinə hörmət göstərməyə dəvət edib.

Xarici İşlər Nazirliyi ABŞ-ın millət vəkili vəzifəsindən çıxarılan Ömər Faruq Gərgərlioğlu ilə bağlı açıqlamasına reaksiya verdi.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays dünən (17 mart) "Türkiyədə Gərgərlioğlunun millət vəkilliyindən kənarlaşdırılması kimi  hadisələri yaxından təqib etdiklərini" bəyan etmişdi.

Türkiyə Xarici İşlər Nazirliyinin mövzuya dair şərhində bildirilib ki, haqqında dəqiq verilmiş məhkəmə qərarı olan Gərgərlioğlunun millət vəkilliyinə Konstitusiya və Türkiyə Böyük Millət Məclisinin (TBMM) daxili nizamnamələrinə uyğun şəkildə son qoyulmuşdur. Əsassız və daxili işlərə müdaxilə etməyə cəhd göstərən dairələri müstəqil məhkəmələr tərəfindən yürüdülən mühakimə proseslərinə hörmət göstərməyə dəvət edirik.

Prosesin digər parlamentlərdə də göründüyü kimi qanun normalarının tətbiqindən ibarət olduğu və siyasi partiyaların demokratik siyasi həyatın vazgeçilməz elementləri olduğu ifadə edilən şərhdə “Bununla belə, fəaliyyətlərini universal və demokratik hüquq qaydaları çərçivəsində sülh yolu ilə həyata keçirmələri vacibdir. sassız və daxili işlərə müdaxilə etməyə cəhd göstərən dairələri müstəqil məhkəmələr tərəfindən yürüdülən mühakimə proseslərinə hörmət göstərməyə dəvət edirik" deyilib.



Әlaqәli Xәbәrlәr