"Türkiyə güclü olmaq məcburiyyətindədir", R.T.Ərdoğan

Paytaxt Ankarada Prezident Aparatında (Cumhurbaşkanlığı Külliyesi) “Dövlət qüruru medalı”nın təqdimetmə mərasimində (Devlet Övünç Madalyası Tevcih Töreni) iştirak edən R.T.Ərdoğan çıxışında deyib...

1603863
"Türkiyə güclü olmaq məcburiyyətindədir", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Terrordan çevrilişə qədər hər yolu sınadılar, amma yenə millətimizi diz çökdürə bilmədilər. Gələcəkdə də bu çirkli əməllərinə çata bilməyəcəklər", - dedi.

  Paytaxt Ankarada Prezident Aparatında (Cumhurbaşkanlığı Külliyesi) “Dövlət qüruru medalı”nın təqdimetmə mərasimində (Devlet Övünç Madalyası Tevcih Töreni) iştirak edən R.T.Ərdoğan çıxışında deyib: “Biz terrorla mübarizədə ən kiçik bir zəiflik göstərsək, bu gün Sevrdən betər söykəmələrlə qarşımıza çıxacaqlar.

  Verdiyimiz hər şəhidimiz, hər qazimiz istiqlalımızın və gələcəyimizin qarantının simvolu olan möhürlərdir.

  Səlcuqlu da, Osmanlı da xarici hücumlardan daha çox daxili bölünmələr səbəbindən yıxıldı. Hələ 100 yaşına belə çata bilmədiyimiz bugünkü dövlətimizin eyni aqibətə düçar olmasına icazə verməyəcəyik.

  Türkiyə güclü olmaq məcburiyyətindədir. Bunun qaynağı isə millətin birliyi, bərabərliyi və qardaşlığıdır.

  Bu gün Çanaqqala zəfərinin 106-cı ildönümüdür.

  Çanaqqalada bir aypara uğrunda çox günəşlərimizi itirdik, amma qarşılığında istiqlalımızı və gələcəyimizi qurtardıq.

  Çanaqqala döyüşləri istiqlal mücadiləmizin çığırı olduğu üçün xüsusi əhəmiyyətə malikdir.

  Çanaqqalada o tarixi zəfər qazanılmasaydı, böyük fəlakətlə qarşı-qarşıya qalacaqdıq."



Әlaqәli Xәbәrlәr